XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:55:13 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Yaponiya milli süni intellekt modelinin hazırlanmasına 3 trilyon yen ayıracaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Yaponiya hökuməti özəl sektorla birgə milli süni intellekt modelinin hazırlanmasına təxminən 3 trilyon yen (təqribən 19 milyard ABŞ dolları) vəsait ayırmağı planlaşdırır.

“Yomiuri” qəzetinin məlumatına görə, layihənin icrasında SoftBank da daxil olmaqla 10-dan çox iri yerli şirkət iştirak edəcək. Hökumət ümumi xərclərin təxminən üçdə birini öz üzərinə götürməyi, qalan məbləğin isə özəl şirkətlər tərəfindən investisiya olunmasını nəzərdə tutur.

Bildirilib ki, layihənin praktiki inkişaf mərhələsinə 2026-cı ildə başlanılması gözlənilir. Yaponiya bu təşəbbüslə ölkənin texnoloji müstəqilliyini gücləndirməyi və qlobal süni intellekt bazarında rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

Etiketlər: