XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:28:58 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

SOCAR-ın Müşahidə Şurasında dividend ödənişi və 2026 büdcəsi müzakirə edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. İclas Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə baş tutub.

İclas zamanı 2025-ci ilin doqquz ayının maliyyə və əməliyyat nəticələri, 2026-cı il üzrə büdcə layihəsi və borc öhdəliklərinin idarə edilməsi məsələləri, həmçinin 2025-ci ildə dövlət büdcəsinə ödəniləcək dividendlər müzakirə olunub.

Müzakirələrin nəticəsinə əsasən, dividend ödənişi məqbul hesab edilib və şirkətin 2026-cı il üzrə büdcəsinin müəyyən edilmiş hədəflər istiqamətində yekunlaşdırılması tapşırılıb.

Etiketlər: