Azərbaycan.media xəbər verir ki, dekabrın 21-də ölkədə hava şəraiti açıqlanıb.
Bakı və Abşeron yarımadası: Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə yağış ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3–6 °C, gündüz 8–10 °C təşkil edəcək. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70–80 % olacaq.