🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 12:35   •   🌡️ Bakı

Voloqda Vilayətində Dəhşətli Yol Qəzası: 2 Gənc Həlak Olub

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Voloqda vilayətində ciddi yol qəzası baş verib.

 28 yaşlı “Honda” sürücüsü yolayrıcında qırmızı işıqda keçərək “Lada Priora” avtomobilinə yol verməyib. “Lada”nın sükanı arxasında 18 yaşlı gənc olub.

Zərbənin gücündən “Lada” iki yerə bölünüb. Qəza nəticəsində “Lada”nın sürücüsü və 17 yaşlı sərnişin qız hadisə yerində həyatlarını itiriblər. Xarici avtomobilin sürücüsü isə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.