XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:46:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Təranə Məmmədin “İmtahan” adlı şeiri

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Düşündüm bir tale yaşadım özüm,
Yazanı özüməm, pozanı özüm.
Dəqiq seçilirdi güya hər sözüm,
Həqiqət də özüm, yalan da özüm.

Qürurla dağları aşıb ötürdüm,
Ayları,illəri bir-bir ötürdüm.
Güya işıqlı bir dövran sürürdüm,
Sevincdən alışıb, qəmdən sönürdüm.

Bir gün imtahana çəkdi Yaradan,
Dedi, bu dünyanı mənəm yaradan!
Mənim əsərimdir bu gün, bu dövran!
Mənim istəyimlə dövr edir cahan!

Sənindir atdığın iri addımlar,
Səndə cürət də var, cəsarət də var.
Ancaq mənimkidir yenə son qərar,
Unutma, alnında mənim yazım var!

 

Mənbə: Azərbaycan.media

Etiketlər: