XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:39:02 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Meyxanaçı Kərim Novruzov vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, tanınmış meyxanaçı Kərim Novruzov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə APA-ya onun oğlu məlumat verib.

Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 2017-ci ildə onun beyninə qan sızıb. Sənətçi 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb.

Onun dəfn tarixi hələ dəqiqləşməyib.

Məlumatı ilk olaraq manşet.az yayıb.

Etiketlər: