🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 00:14   •   🌡️ Bakı

Qazaxıstan Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə beynəlxalq proqram üzərində işləyir

Azərbaycan.media xəbər verir ki, Qazaxıstan Xəzər dənizinin su ehtiyatlarının qorunması ilə bağlı dövlətlərarası proqramın hazırlanmasına başlayıb.

Ekologiya və təbii ehtiyatlar naziri Yerlan Nısanbayev jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə Xəzəryanı dövlətlərlə birgə iş aparılır.

Nazir qeyd edib ki, regionun ekoloji problemlərini öyrənmək məqsədilə prezidentin təşəbbüsü ilə Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu yaradılıb. Bundan başqa, Aral dənizi təcrübəsi əsasında qurumuş ərazilərdə meşə zolaqlarının yaradılması istiqamətində tədbirlər görülür.