🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:41   •   🌡️ Bakı

Əsgər Əli Cəfərovun ölümü ilə bağlı araşdırma aparılır

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə aldığı hospitalda bu ilin dekabrın 15-də vəfat etməsi ilə bağlı araşdırma başlanılıb.

Bu barədə “Report”a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, həmçinin digər prosessual tədbirlər həyata keçirilib.

Faktla bağlı araşdırma hazırda davam etdirilir.