XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:05:07 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətində bir neçə kəndə yenidən daxil olub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinin kənd təsərrüfatı bölgəsində yerləşən bir neçə yaşayış məntəqəsinə yenidən daxil olub.

Məlumata görə, İsrail hərbçilərinin dörd nəqliyyat vasitəsindən ibarət korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olub. Daha sonra hərbçilər “Əlam dairəsi” adlanan ərazidə müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq Şərqi Samdaniya kəndi istiqamətində hərəkət ediblər və vilayətin şimal hissəsində yerləşən Tal-Krum-Caba bölgəsinə çatıb.

Bildirilir ki, bundan əvvəl də İsrail qüvvələri vilayətin cənubunda yerləşən bir sıra kənd və şəhərlərə daxil olublar. Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Etiketlər: