XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:59:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xocavəndin Qırmızı bazar qəsəbəsinə növbəti köç prosesi baş tutub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Məlumata görə, bu gün Qırmızı bazar qəsəbəsi 18 ailəyə — ümumilikdə 90 nəfərə qucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün bütün zəruri şərait yaradılıb: yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Etiketlər: