XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:27:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Mənsum İbrahimov Konservatoriyada müəllimlərin işdən çıxarılmasının səbəbini açıqladı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasında bir sıra müəllimlərin işdən çıxarılması məsələsinə münasibət bildirib.

Xanəndə bu barədə “Tarixin bir günü” proqramında danışıb. O, işdən çıxarılmaların səbəbini mövcud qanunvericiliklə əlaqələndirib:

“Dövlətin qanunlarını biz yazmırıq. Bu il bizdə xeyli insan işdən çıxarıldı. Çünki magistratura təhsilləri yox idi. Təhsil Nazirliyindən gələn göstərişdir, qanundur. Konservatoriyada müəllim işləmək üçün bütün ali təhsil olmalıdır. Fəxri adı olan olur, amma təhsili olmayan yox”.

Qeyd edək ki, Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiridir.

Etiketlər: