🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:45   •   🌡️ Bakı

Almatı-Astana reysi tüstülənmə səbəbindən geri qayıdıb

Azərbaycan.media xəbər verir ki, Almatı-Astana marşrutu üzrə uçan “Air Astana” aviaşirkətinə məxsus “Airbus А321N EI-KDG” təyyarəsi salonda baş verən tüstülənmə səbəbindən qalxdığı hava limanına geri dönüb.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, sərnişinlər və ekipaj arasında xəsarət alan olmayıb.

Məlumatda qeyd olunur: “Eniş saat 07:40-da (Bakı vaxtı ilə 08:40) həyata keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Almatı hava limanının yanğın və xilasetmə xidmətləri cəlb olunub. Nəqliyyat hadisələri və insidentlərin təhqiqatı departamentinin əməkdaşları ətraflı araşdırma aparırlar”.