XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:57:03 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

“Qarabağ”dan möhtəşəm qələbə – “Araz-Naxçıvan”a 5 cavabsız qol

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Misli Premyer Liqasının XV turu çərçivəsində “Qarabağ” evdə “Araz-Naxçıvan”ı böyük hesabla məğlub edib.

“Azərsun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Toral Bayramov (30 və 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.

“Araz-Naxçıvan”ın heyətində isə yeganə qolu 76-cı dəqiqədə penaltidən Ramon Maçado vurub.

Bu nəticədən sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin lideri mövqeyini möhkəmləndirib. 23 xala malik “Araz-Naxçıvan” isə 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”ni 2:1, “Sabah” “Turan Tovuz”u 3:1, “Kəpəz” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. XV tura dekabrın 15-də yekun vurulacaq.

Etiketlər: