🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:57   •   🌡️ Bakı

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan.media xəbər verir ki, Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M. Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Qəza nəticəsində minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb və daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.