XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:10:24 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şirvanda ürəyi dayanan qadın 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarıldı – Pasiyent danışdı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan və 45 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarılan qadın yaşadıqlarını bölüşüb.

Məlumata görə, 6 uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbilə əməliyyat olunduğunu bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra beş gün xəstəxanada müalicə alıb və ertəsi gün evə buraxılmalı idi:

“Beş gün xəstəxanada yatdım. Səhəri gün çıxacaqdım. Birdən-birə bu vəziyyət baş verdi. Həkimlər deyir ki, ürəyim iki dəfə – biri 45, digəri 15 dəqiqə olmaqla dayanıb. 3-4 gündən sonra isə özümə gəlmişəm”.

Qeyd edək ki, pasiyentin həyatını xilas etmək üçün 45 dəqiqə fasiləsiz mübarizə aparan həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Jalə Müslümova olub. Həkimlərin vaxtında və peşəkar müdaxiləsi nəticəsində Sevinc Əliyevanın həyatı xilas edilib.

Etiketlər: