XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:56:26 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 2 815 kq qızıl, 3 505,5 kq isə gümüş istehsal edilib. Bu barədə məlumatı Dövlət Statistika Komitəsinə istinadən “APA-Economics” yayıb.

Rəsmi göstəricilərə əsasən, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz, gümüş istehsalı isə 14,4 faiz artıb.

2025-ci il dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda hazır məhsul ehtiyatı üzrə 155 kq qızıl və 885,3 kq gümüş mövcuddur.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2 663,5 kq qızıl və 3 184,9 kq gümüş istehsal olunub.

Etiketlər: