XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:01:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ağdamdan Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Bu çərçivədə dekabrın 12-də respublikanın müxtəlif bölgələrində — əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.

Modern.az-ın məlumatına görə, Vəngli kəndinə bu mərhələdə 16 ailə, ümumilikdə 76 nəfər köçürülür. Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirərək, bu yolda canlarını fəda edən şəhidlərimizi ehtiramla yad ediblər. (Mənbə: Azərtac)

Etiketlər: