XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:58:30 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

AMEA prezidenti: Alimlərin əməkhaqqı artırılacaq, Qarabağda elmi mərkəz yaradılması planlaşdırılır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli alimlərin əməkhaqqının artırılması ilə bağlı iş apardığını açıqlayıb.

Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında çıxışı zamanı bildirib. İ.Həbibbəyli vurğulayıb ki, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması akademiyanın əsas prioritetlərindən biridir:

“2026-cı ildə ölkədə hər kəsin əməkhaqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram” – deyə o qeyd edib.

AMEA prezidenti həmçinin həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb:

“Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar” – deyə İ.Həbibbəyli əlavə edib.

O, eyni zamanda Qarabağda akademiyanın elmi mərkəzi və ya bölməsinin yaradılmasının da nəzərdə tutulduğunu bildirib.

Etiketlər: