🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:44   •   🌡️ Bakı

Fransa nazirinin mənzili qarət edilib

Azərbaycan.media xəbər verir ki, Fransada ekoloji keçiddən məsul nazir Matye Lefevrin mənzili oğrular tərəfindən qarət olunub.

Hadisə nazir və sevgilisinin evdə olmadığı vaxt baş verib. İddialara görə, quldurlar poçt qutusunda qoyulmuş ehtiyat açardan istifadə edərək qapını açıblar. Oğurluq zamanı təxminən 10.000 avro dəyərində qızıl-zinət əşyaları götürülüb, lakin xüsusi əhəmiyyətli sənədlərə toxunulmayıb.

Qeyd edək ki, bundan əvvəl Fransanın sabiq prezidenti Fransua Ollandın mənzili də qarət olunmuşdu.