XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:45:23 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Moskva Ermənistanın Minsk qrupu materiallarını razılıqsız yayımlamasından narazıdır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Moskva Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinə məxsus materialları və liderlər arasında aparılmış yazışmaları əvvəlcədən razılaşdırmadan açıqlamasına etiraz edib.

Axar.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, yayılan sənədlər İrəvanın formalaşdırmağa çalışdığı narrativi alt-üst edir və Rusiyanın otuz ildən bəri münaqişənin həlli üçün ardıcıl səylər göstərdiyini bir daha sübut edir.

Qeyd edək ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinə dair 13 arxiv sənədindən ibarət materialları – Minsk qrupu formatında həll variantları da daxil olmaqla, Serj Sərkisyan və Vladimir Putin arasında yazışmaları belə – ictimaiyyətə açıqlayıb.

Etiketlər: