XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:11:43 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ƏSL  SEVGİ

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt
Bir sevgi havası düşdü başıma,
Könlümün evini talan eylədi.
Eşqim dilə gəldi ,vulkana döndü,
Ruhum dəniz oldu,tufan eylədi.
Sevgi dənizinin dalğalarında,
Gah sağa çırpıldım,gah da ki sola.
Qoymadın boğulam eşq dənizində,
Sən tutdun əlimdən, çıxardın yola.
Gör sənə nə qədər bağlıyam,gülüm!
Gül olub mən sənin bağında bitdim.
Sən oldun  ömrümün sevgi bağbanı,
Sənin ürəyində arzuma yetdim.
Sənin gözlərinin dərinliyində,
Sevgidən bir yuva qurdum,əzizim!
Sənin gözlərinlə dünyaya baxıb,
Mən əsil sevgini gördüm,əzizim!
FƏXRƏDDİN ƏSƏDOĞLU QACAR. 
DOS. AYB ÜZVÜ. 
19.11.2024.
Mənbə: Azərbaycan.media
Etiketlər: