XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:54:43 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanın yeni Təbriz baş konsulu təqdim olundu – Səfirlikdən açıqlama

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüş keçirib və ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.

Görüş barədə informasiya səfirliyin sosial şəbəkə hesabında paylaşılıb. Bildirilib ki, keçirilən görüşlərdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən ayrıca görüş zamanı isə baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.

Etiketlər: