Azərbaycan.media xəbər verir ki, İndoneziyada baş vermiş daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 500-ü keçib. İndoneziyanın Təbii Fəlakətlər üzrə Milli Agentliyinə görə, indiyə qədər 502 nəfərin ölümü təsdiqlənib, 508 nəfər isə itkin düşmüş hesab olunur.
Son vaxtlar Cənub-Şərqi Asiyada, o cümlədən Tailand, Malayziya və Şri Lankada da daşqın hadisələri baş verir. Bu ölkələrdə ümumilikdə insan tələfatı artıq 1000 nəfəri ötüb və rəqəmin artacağı ehtimal olunur.