XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:15:33 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Dekabrın 1-nə hava proqnozu açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Günün ikinci yarısında cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9–13°, gündüz 14–17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80–85 %, gündüz 70–75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında qərb bölgələrindən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntı olacaq, ayrı-ayrı ərazilərdə qısamüddətli intensivləşə, dağlıq zonalarda isə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.

Rayonlarda temperatur gecə 3–8°, gündüz 12–15° isti, dağlıq ərazilərdə gecə 0–5° şaxta, gündüz 2–6° isti olacaq.

Etiketlər: