XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:16:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

2026-cı ildə pensiyaların indeksasiyası üçün ayrılan vəsait açıqlandı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, gələn il pensiyaların indeksasiyası üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.

Bu barədə Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib.

Nazir bildirib ki, 2026-cı ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci illə müqayisədə 782,4 milyon manat və ya 10,9% artacaq.

“Bu vəsaitin 81,2%-i – yəni 635,6 milyon manatı – indeksasiya xərclərinə yönəldiləcək. Qalan hissə isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların maliyyələşdirilməsinə sərf olunacaq,” – deyə A. Əliyev qeyd edib.

Etiketlər: