XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:16:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda pul kütləsi 47,5 milyard manata çatıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, bu ilin noyabrın 1-nə geniş mənada pul kütləsi (M3 aqreqatı) 47 milyard 490,7 milyon manat təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 1 % azalıb. Bununla belə, ilin əvvəlindən bəri 2,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,8 % artım qeydə alınıb.

Manatla pul kütləsi (M2 aqreqatı) hesabat tarixinə 37 milyard 27,4 milyon manat olub. Bu, aylıq müqayisədə 0,4 % azalma, ilin əvvəlindən 1 % artım və illik müqayisədə 6,9 % artım deməkdir.

Tələbli depozitləri (M1 aqreqatı) əhatə edən pul kütləsi 29 milyard 30,6 milyon manat təşkil edib. Bu məbləğ aylıq müqayisədə 1,5 %, ilin əvvəlindən 2,1 % azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Noyabrın 1-nə banklardan kənarda dövriyyədə olan nağd pul (M0 aqreqatı) 17 milyard 82,7 milyon manat olub. Bu göstərici aylıq müqayisədə 0,4 %, ilin əvvəlindən 7,7 % və illik müqayisədə 8,5 % artım göstərib.

Etiketlər: