XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:16:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib – 1 ölü, bir neçə yaralı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Hurriyyet.az-ın məlumatına görə, Mirəli Yolçu oğlu Abbasovun idarə etdiyi “Toyota Prado” markalı avtomobil işıqforun yaşıl işığından keçərkən sola manevr edib və 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun idarə etdiyi VAZ-2107 ilə toqquşub. Nəticədə Ə.Ələsgərov hadisə yerində ölüb.

Sərnişinlər – 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Etiketlər: