XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:54:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiyada Afipsk neft emalı zavoduna PUA hücumu – 100 kv.m sahədə yanğın

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Krasnodar diyarının Seversk rayonunda yerləşən Afipsk neft emalı zavodunda (NEZ) PUA hücumundan sonra yanğın qeydə alınıb.

Məlumatı regionun operativ qərargahı Teleqram kanalında yayıb. Bildirilib ki, hücum nəticəsində zavod ərazisindəki bəzi texniki avadanlıqlar zədələnib, lakin anbarlara ziyan dəyməyib. Yanğının sahəsi təxminən 100 kvadrat metr olub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur və zavodun əməkdaşları təhlükəsizlik məqsədilə sığınacağa yerləşdirilib.

Qeyd edək ki, illik 6,25 milyon ton neft emalı gücünə malik Afipsk NEZ bundan əvvəl də bir neçə dəfə PUA hücumuna məruz qalıb.

Etiketlər: