XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:06:06 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Mətanət Əliverdiyeva gənc ifaçılara irad bildirdi: “Qollarınız qarpızlanmasın”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində gənc müğənnilərə müraciət edərək onlardan narazılığını bildirib.

Aparıcı proqramına çoxsaylı mühafizəçilərlə gələn ifaçıların davranışını tənqid edib:

“Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız ‘qarpızlanmasın’. Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir, insanlar onu belə sevir. Sizin bu şəkildə gəlib-getməyinizlə nə dəyişir ki? Verilişlərə, konsertlərə elə gəlirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq”.

Aparıcının fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Etiketlər: