🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 09:11   •   🌡️ Bakı

Aparıcı Səidə Bəkirqızının səhhəti veriliş çəkilişi zamanı pisləşib

Azərbaycan.media xəbər verir ki, tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkirqızı verilişin çəkilişi zamanı qəfil özünü pis hiss edərək studiyada yıxılıb.

Hurriyyet.az-ın məlumatına görə, hadisədən dərhal sonra çəkiliş komandası Təcili Tibbi Yardım briqadasını çağırıb. Həkimlərin göstərdiyi ilkin tibbi müdaxilədən sonra aparıcı təcili yardım avtomobili ilə “Kəpəz” Klinikasına aparılaraq xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyətinin pisləşməsinə səbəb araşdırılır və dəqiq diaqnoz hələ müəyyən olunmayıb. Səidə Bəkirqızının səhhəti ilə bağlı daha ətraflı məlumatın yaxın saatlarda açıqlanacağı bildirilib.