🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:31   •   🌡️ Bakı

80 yaşlı polkovnik Nadir Məmmədov qəza nəticəsində dünyasını dəyişib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, 80 yaşlı Nadir Həsənbala oğlu Məmmədov noyabrın 24-də bədbəxt hadisə nəticəsində vəfat edib.

Məlumata görə, o, Yasamal rayonu ərazisində yolu keçərkən avtomobil vurması nəticəsində xəsarət alıb. Xəstəxanaya yerləşdirilən N.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün Cəlilabadda dəfn ediləcək.