🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 13:16   •   🌡️ Bakı

Şəmkirdə bacısını bıçaqlayan şəxs saxlanılıb

Azərbaycan.media xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

 2005-ci il təvəllüdlü Nurlan Musayev münaqişə zəminində öz bacısı – 1990-cı il təvəllüdlü Minayə Nəbiyevanı bıçaqlayıb. Hadisə M.Nəbiyevanın ofisiant kimi çalışdığı Şəmkir şəhərindəki kafenin qarşısında baş verib.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Nurlan Musayev artıq saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.