🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:27   •   🌡️ Bakı

Prezident İlham Əliyev Azərbaycan–Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunu təsdiqlədi

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Sözügedən Memorandum 2025-ci il oktyabrın 3-də Ankarada iki ölkənin hökumətləri arasında imzalanıb.

Dövlət başçısının imzaladığı Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sənəddə əks olunan müddəaların icrasını təmin etməlidir.

Bundan başqa, Memorandumun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlandığı barədə Türkiyə Respublikasının hökumətinə bildiriş göndərilməsi Xarici İşlər Nazirliyinə tapşırılıb.