XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:31:04 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Makron: ABŞ-ın sülh planı Avropanın razılığı olmadan Rusiya-Ukrayna müharibəsini bitirə bilməz

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında ABŞ-ın təklif etdiyi Rusiya-Ukrayna müharibəsini bitirmə planının Avropa Birliyinə üzv ölkələrlə razılaşdırılmadan həyata keçirilə bilməyəcəyini bildirib.

Makron deyib: “Bu sülh planı hələ avropalılarla razılaşdırılmayıb. Plan avropalıları narahat edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər və Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir. Həmçinin NATO-nun gördüyü işlər təşkilat üzvlərinin ixtiyarındadır.”

O, həmçinin ABŞ-ın Ukraynaya təqdim etdiyi 28 bəndlik sülh planının mühüm məsələlərə toxunduğunu qeyd edib, lakin ümumi razılığın zəruri olduğunu vurğulayıb: “Lakin biz yenidən ümumi dil tapmalıyıq. Çünki ABŞ-ın da bu münaqişənin həlli üçün avropalılara ehtiyacı var. Bu, müzakirəyə çıxarılan 28 bəndlik təklifdən də tam aydın görünür.”

Etiketlər: