XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:26:16 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ucarda minik avtomobili ilə traktor toqquşdu: 2 nəfər xəsarət aldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistralının Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili ilə traktor toqquşub. Qəza nəticəsində Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Hər iki yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Etiketlər: