XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:42:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şair və qəzəlxan Arif Buzovnalı vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, şair və qəzəlxan Arif Buzovnalı 53 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, o bu gün yaşadığı evdə vəfat edib.

Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979–1989-cu illərdə 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub.

1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə yollanıb. O, atəşkəsə qədər – 1994-cü il 1 mayadək – Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

Şair kimi fəaliyyətinə gəlincə, 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə “Azərbaycan Gəncləri” qəzetində işıq üzü görüb.

Etiketlər: