🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:28   •   🌡️ Bakı

Putin: “Sülh planının müzakirəsindən imtina olunarsa, Kupyansk hadisələri yenidən yaşana bilər”

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna və onun müttəfiqləri ABŞ-ın Ukraynada sülh yolu ilə nizamlanma planını müzakirə etməkdən imtina etdikləri halda, Kupyansk istiqamətində baş verən hadisələrin təkrarlana biləcəyini bildirib.

Putinin sözlərinə görə, nə Ukrayna, nə də Avropa hazırda cəbhə xəttində baş verənlərin real nəticələrini dərk etmir. O qeyd edib ki, vəziyyətin düzgün qiymətləndirilməməsi regionda gərginliyin daha da artmasına səbəb ola bilər.