XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:26:04 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Böyük Britaniya leqal miqrantlar üçün daimi yaşayış tələblərini sərtləşdirir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Böyük Britaniya leqal miqrantların ölkədə daimi yaşamaq icazəsi üçün müraciət etməzdən əvvəl tələb olunan yaşama müddətini iki dəfə artıraraq 10 ilə çatdıracaq.

APA-nın məlumatına görə, bu barədə Krallığın parlamentində çıxışı zamanı daxili işlər naziri Şabana Mahmood bildirib. Nazir qeyd edib ki, son illərdə yüksək miqrasiya səviyyəsi nəticəsində 2026–2030-cu illərdə təxminən 1,6 milyon insan daimi yaşayış üçün müraciət edə biləcək. Zirvə həddi 2028-ci ildə 450 min nəfər proqnozlaşdırılır ki, bu da son illərin orta göstəricisindən dörd dəfə çoxdur.

Nazir əlavə edib ki, hökumət yeni tələblər də tətbiq edəcək: namizədlər cinayət keçmişinə malik olmamalı, ingilis dilini mükəmməl bilməli, milli sığorta sisteminə mütəmadi ödəniş etməli və borcları olmamalıdır.

Etiketlər: