XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:00:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

“3+3” formatında növbəti toplantı Bakı və ya İrəvanda keçirilə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “3+3” regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüşün ya Bakıda, ya da İrəvanda təşkil olunmalı olduğunu açıqlayıb.

O, bu gün keçirdiyi brifinqlərdə bildirib ki, xarici işlər nazirlərinin sözügedən formatdakı son görüşü 2024-cü ilin oktyabrında İstanbulda baş tutub.

Zaxarova qeyd edib ki, növbəti görüşün keçiriləcəyi ölkə operativ şəkildə müəyyənləşdirilməlidir:
“Ümid edirik ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımız növbəliliyi – yəni tədbirin bu il hansı ölkədə, gələn il isə harada keçiriləcəyini tezliklə dəqiqləşdirəcəklər. Biz öz tərəfimizdən qəbul ediləcək qərarı dəstəkləməyə hazırıq. Bu il Azərbaycan və Ermənistan nümayəndələri Əbu-Dabidə, Vaşinqtonda və Düşənbədə bir sıra ikitərəfli görüşlər keçiriblər. Bu cür birbaşa təmaslar məlum məsələnin həlli prosesinə də töhfə verəcək”.

Etiketlər: