XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:47:07 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ rəsmisi “Tramp Marşrutu”nun müzakirəsi üçün Gürcüstana səfər edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

 

Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas “Tramp Marşrutu”nun – Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin müzakirəsi məqsədilə Gürcüstana səfər edib. Məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb.

 

Səfirliyin bəyanatına görə, Askonasın səfəri “Gürcüstanın Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu necə dəstəkləyə biləcəyinin müzakirəsinə həsr olunub. Bu çərçivədə o, Ermənistanla sərhəddə yerləşən Sadaxlo sərhəd-keçid məntəqəsinə də baş çəkib.

 

ABŞ rəsmisinin səfər proqramına Gürcüstan Xarici İşlər Nazirliyi və hökumət nümayəndələri, eləcə də bir sıra beynəlxalq maliyyə qurumları ilə görüşlər daxildir.

Etiketlər: