XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:11:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda noyabrın 18-i yağış, rayonlarda 21 dərəcə isti gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 18-i üçün hava proqnozunu açıqlayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulma müşahidə ediləcək. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir dumanın olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Gecə temperaturu 8-12, gündüz 16-21 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq

Etiketlər: