XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:03:50 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şəkidə yaşayış evində yanğın: bir nəfər həyatını itirdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

 

Azərbaycan.media xəbər verir ki, Şəki rayonunun Bideyiz kəndində yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ümumi sahəsi 100 m² olan, birmərtəbəli, iki otaq və eyvandan ibarət kürsülü evin yanar konstruksiyaları alovlanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etiketlər: