🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 13:17   •   🌡️ Bakı

ABŞ-da şatdaun davam edərsə, 40 hava limanında uçuşlar azaldılacaq


Azərbaycan.media xəbər verir ki, ABŞ-da hökumətin fəaliyyətinin qismən dayandırılması – şatdaun – davam edərsə, ölkənin Federal Aviasiya Administrasiyası (FAA) cümə günündən etibarən 40 hava limanında nəqliyyatın hərəkətini 10 faiz azaltmağı planlaşdırır.

Bu barədə ABŞ nəqliyyat katibi Şon Daffi Vaşinqtonda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, belə bir addım hava limanlarında yaranan işçi çatışmazlığı ilə bağlıdır.