XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 19:35:57 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bəzi bölgələrdə leysan yağış, dağlıq ərazilərdə qar yağır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bir sıra yerlərində arabir yağış, Kəlbəcər, Laçın və Qubadlının yüksək dağlıq ərazilərində isə qar müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Astarada 20 mm, Lənkəranda 16 mm, Şamaxı, Cəlilabad, Bakı və Abşeron yarımadasında 2 mm, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı və Füzulidə isə 1 mm təşkil edib.

Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Qeyd edilib ki, yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.

Etiketlər: