XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 19:35:56 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sumqayıtda top mərmiləri aşkar edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra aparılan baxış zamanı aşkarlanmış sursatların 2 ədəd OF-350 tipli 76 millimetrlik yivli top mərmisi olduğu müəyyən edilib.

Mərmilər XRXX-nin mütəxəssisləri tərəfindən zərərsizləşdirilmək üçün ərazidən götürülərək təhlükəsiz şəkildə kənarlaşdırılıb.

Əlavə axtarış tədbirləri nəticəsində hadisə yerində və yaxın ərazidə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Etiketlər: