🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 09:13   •   🌡️ Bakı

Ukrayna 2025-ci ildə Avropada iki silah satış nümayəndəliyi açmağı planlaşdırır

Azərbaycan.media xəbər verir ki, Ukrayna 2025-ci il ərzində Avropa ölkələrində iki silah satış nümayəndəliyi açmağı planlaşdırır. Bu barədə Prezident Volodimir Zelenski jurnalistlərlə söhbətdə bildirib, məlumatı APA “Ukrinform” agentliyinə istinadla yayıb.

Zelenskinin sözlərinə görə, yaradılacaq yeni nümayəndəliklər Ukraynada istehsal olunan və xarici tərəfdaşlarla birgə hazırlanmış silahların satışını həyata keçirəcək. Prezident əlavə edib ki, ölkədə həmin silahlardan kifayət qədər ehtiyat var və onların ixracı üçün Avropada sabit bazar formalaşdırılır.

Məsələ ilə bağlı əlavə detalların və nümayəndəliklərin dəqiq yerləşmə yerlərinin yaxın günlərdə açıqlanacağı gözlənilir.