XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:58:10 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Paytaxtın əsas yollarında 20 istiqamətdə sıxlıq var

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, paytaxtın yollarında 20 istiqamətdə sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyat, İnfrastruktur və Kommunikasiya Nazirliyi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan istiqamətlər:

  1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

  2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

  3. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

  4. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

  5. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

  6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

  9. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

  10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

  11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

  13. Mikayıl Useynov prospekti, Bayraq meydanının qarşısından Azneft dairəsi istiqamətində;

  14. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

  16. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

  17. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

  18. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

  19. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

  20. Babək prospekti, mərkəz istiqamətində.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Etiketlər: