XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:58:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycana idxal olunan ekoloji təmiz avtomobillərin sayı rekord səviyyəyə çatıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək ölkəyə ümumilikdə 122 579 ədəd “yaşıl” minik avtomobili gətirilib.

Bu avtomobillərin strukturu belədir:

MTM-in təhlili göstərir ki, 2024-cü ilin 4-cü rübündən etibarən ölkədə “plug-in” hibrid avtomobillərin idxalı klassik hibridləri qabaqlayıb. Məsələn, 2024-cü ilin 3-cü rübündə ölkəyə 4 389 ədəd hibrid və 2 362 ədəd “plug-in” hibrid gətirilmişdisə, növbəti rübdə bu göstəricilər dəyişib: 5 384 “plug-in” hibrid və 5 103 hibrid idxal olunub.

2025-ci ilin 3-cü rübündə isə “plug-in” hibridlərin idxalı 17 909 ədədə çataraq rekord həddə yüksəlib. Eyni dövrdə 3 518 hibrid və 630 tam elektrik mühərrikli avtomobil ölkəyə gətirilib.

MTM vurğulayır ki, “plug-in” hibridlər artıq Azərbaycanın ekoloji təmiz nəqliyyat bazarında aparıcı yerə çıxıb. Tam elektrik mühərrikli avtomobillərin idxalı isə hələlik məhdud templə artır; ən yüksək rüblük göstərici 2023-cü ilin 3-cü rübündə 994 ədəd olub.

Etiketlər: