XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:03:48 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Tovuzda evdə yanğın: 70 kvadratmetr sahə tamamilə yanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, şəhərin Əhməd Cavad küçəsində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Xidməti texnika və canlı qüvvə ilə hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı 190 kvadratmetr sahəsi olan evin 70 kvadratmetri əşyaları ilə birlikdə tamamilə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Məlumata görə, ev sahibi hadisə zamanı evdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər: