XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:18:23 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şahnaz Şahinin şeiri

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

..Mən bu gecədən qorxuram,
Gözündən sirri tökülür.
Bir parça odun üstündə,
Qəlbimin təri tökülür.

Çağırsam da səsə çıxmır,
Can da son nəfəsə çıxmır.
Çəkirsən ahı qurtarmır,
Çırpırsan zəri tökülür.

Azdırır məni içində,
Asdırır dar ağacından…
Bilmirəm alma haçandan,
Allahdan bəri tökülür?!.

Nağılı yox danışmağa,
Ocağı yox alışmağa.
Peşimanam soruşmağa-
Hey dərdi-səri tökülür..

Beşikdən məzara gedir,
Sorma nə güzara gedir…
Misra-misra,sətir-sətir,
Bir haqq şairi tökülür!

 

Müəllif: Şahnaz Şahin

 

Mənbə: Azərbaycan.media 

Etiketlər: